AFFA-nın prezidenti milli komanda ilə görüşüb
28 mart 2015 00:50
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Malta yığması ilə keçirəcəyi oyun ərəfəsində AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, Abdullayev millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.