Rəşad Sadıqov: Malta ilə oyun asan olmayacaq, amma...
27 mart 2015 20:40
Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, "Qarabağ"ın kapitanı bunları söyləyib:
"Sabah bizi Malta ilə ev oyunu gözləyir. Uşaqlar özlərini göstərmək üçün alışıb yanırlar. Asan olmayacağını başa düşürük. Rəqibin Gürcüstanla oyununu analiz etmişik və müdafiədə necə yaxşı oynadıqlarını görmüşük. Asan olmasa da, yaxşı nəticə qazanmağa çalışacağıq".