Qarabağla İnterin nə vaxt qarşılaşacağı bilindi
27 mart 2015 20:00
Topaz Premyer Liqasının 27-ci turu çərçivəsində "Qarabağ"la "İnter" arasında keçiriləcək oyunun proqramı müəyyənləşib. Azerisport.az xəbər verir ki, turun mərkəzi oyunu "Bakcell Arena"da baş tutacaq.
Aprelin 1-də keçiriləcək oyun saat 18:00-da start götürəcək.