Robert Prosineçki millimizin üzvlərinə Malta yığmasını tanıdacaq
27 mart 2015 15:50
Bu gün Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki komandamızın üzvlərinə AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində sabah qarşılaşacaqları Maltanın oyununu göstərəcək. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis rəqibin bir neçə gün öncə Gürcüstana qarşı yoxlama oyunundan bəzi fraqmentləri göstərmək istəyir. Futbolçularımız eyni zamanda rəqibin seçmə mərhələ çərçivəsində keçirdiyi əvvəlki oyunların da epizodları ilə tanış olacaqlar.