İnter Bakıya qalib gəldi
26 mart 2015 16:30
Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" və "Bakı" bu gün yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, "Bakı"nın təlim-məşq bazasında baş tutan qarşılaşmada birincilər qalib gəliblər.
Belə ki, "İnter" rəqibini 1:0 hesabıyla məğlub edib. Oyunda yeganə qolun müəllifi Nizami Hacıyev olub.