Kamran Ağayev: Qələbə qazanmaq istəyirik
25 mart 2015 18:30
Azərbaycan yığmasının və Türkiyənin "Kayserispor" klubunun qapıçısı Kamran Ağayev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Maltaya qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Meydana qələbə üçün çıxacağıq. Öz meydanımızda oynayacağımıza görə, qələbə qazanmalıyıq. Avropada zəif rəqib yoxdur. Malta bizim komandamızın səviyyəsində olan bir rəqibdir. Amma biz qələbə qazanmaq istəyirik. Hələ ilk dəqiqələrdən kimlərin meydana çıxacağı bəlli deyil. Bu, yığmadır, əsas qələbə qazanmaqdır. Təəssüf ki, Səlahət Ağayev xəstələnib. Amma əvəzolunmaz futbolçu yoxdur".