"Xəzər Lənkəran yarımfinala çıxmağa çalışacaq"
4 mart 2015 13:45
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacaqları "İnter"lə yoxlama oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Aydın məsələdir ki, bizi ciddi qarşıdurma gözləyir. Gənclərdən ibarət komanda hər tur bir qədər də artırır. Onlar hər oyunda rəqiblərinə müqavimət göstərirlər. Komandamız kubok görüşündə də hadisələrin müsbət axarına köklənib. Səfərdə keçiriləcək ilk oyunda qol vurmaq çox vacibdir. "Xəzər Lənkəran" yarımfinala çıxmağa çalışacaq".