Marko Stanoyeviç: Qəbələyə qalib gəlmək istəyirik
3 mart 2015 18:00
"Simurq"un yarımmüdafiəçisi Marko Stanoyeviç Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Məşqlərimiz davam edir. "Qəbələ" yaxşı komandadır. Amma qələbə qazanmaq istəyirik. "Simurq"da "İnter"ə məğlubiyyətdən sonra atmosfer qətiyyən pozulmayıb. Hər şey qaydasındadır. Əsas odur ki, "Qəbələ"yə qarşı yaxşı oyun sərgiləyək".