Cahangirov keçmiş klubuna qarşı oynamaya bilər
3 mart 2015 14:30
Topaz Premyer Liqasının 25-ci turunda səfərdə "Qəbələ" ilə qarşılaşacaq "Sumqayıt" istirahəti başa vuraraq hazırlığa başlayıb. Azerisport.az xəbər verir ki, sözügedən komanda səhər məşqində daha çox fiziki hazırlıq üzrə çalışıb.
Ötən tur zədə səbəbindən "Neftçi" ilə görüşdə iştirak edə bilməyən Tərzin Cahagirov artıq fərdi məşqlərə başlayıb. Onun növbəti oyunda meydana çıxıb-çıxmayacağı məlum deyil. "Sumqayıt"ın növbəti məşqi saat 16:30-da olacaq.
Qeyd edək ki, "Qəbələ" - "Sumqayıt" martın 8-də keçiriləcək.