Qəbələ Adrian Ropotanla yollarını ayırdı
2 mart 2015 19:15
"Qəbələ" rumıniyalı yarımmüdafiəçi Adrian Ropotanla yollarını ayırıb. Azerisport.az xəbər verir ki, onun oyunu yeni baş məşqçi Roman Qriqorçukun xoşuna gəlməyib.
Buna görə də rəhbərlik Ropotanla müqaviləni qarşılıqlı razılıq əsasında pozmağa qərar verib.
Qeyd edək ki, Ropotan "Qəbələ"yə ötən ilin yayında transfer olunmuşdu. Onunla bir illik müqavilə imzalanmışdı.