Məşqçilər Komitəsində Nikolay Adamla görüş keçirildi
2 mart 2015 15:15
Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamla görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə U-19 yığmamızın Finlandiya və İrlandiyada keçirilmiş təlim-məşq toplanışları, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq barədə ətraflı fikir mübadiləsi aparılıb. (AFFA)