Rüfət Dadaşov oynamadı, komandası uduzdu
2 mart 2015 00:20
Almaniyanın Cənub Regional Liqasında 21-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Elversberq"in qonağı olub. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Rüfət bu matçın iştirakçısı olmayıb.
Qeyd edək ki, Dadaşovun komandası hazırda 44 xalla 2-ci yerdə gedir.