Balayevin adı yenə iştirak ərizəsinə salınmadı
1 mart 2015 01:15
Almaniya Bundesliqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Emil Balayevin komandası - "Ayntraxt" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Hamburq"la qarşılaşıb. Oyun Frankfurt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Balayevin adı yenə iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Ayntraxt" 23 turdan sonra 31 xalla 8-ci pillədə qərarlaşıb.