Fomin: Qələbə seriyasını davam etdirməliyik
1 mart 2015 00:45
"Qəbələ"nin hücumçusu Ruslan Fomin Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Qarabağ" çempionatın lideridir. Biz bu oyundan xalla ayrılmağı çox istəyirdik. Qələbə bizim üçün çox vacib idi. Bu üç xal da yerinə düşdü. Bu, bizi çox sevindirir. Biz ancaq mükafatçılar sırasına düşmək haqda düşünməliyik. Fikrimcə, bu qələbə əvvəlki uğursuzluqları unutdurmağa kömək edəcək. Qələbə seriyasını davam etdirmək lazımdır".