Millimiz İrlandiyaya yenə uduzdu
27 fevral 2015 20:45
İrlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası bu gün növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamız yenidən irlandiyalı həmyaşıdları ilə qarşılaşıb.
Bakı vaxtı ilə saat 19:00-da başlayan görüş yenə komandamızın məğlubiyyəti ilə başa çatıb. Amma Nikolay Adamın yetirmələri bu dəfə qapısından iki qol buraxıb.
Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk oyunda yığmamız 0:6 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
27 fevral
İrlandiya (U-19) - Azərbaycan (U-19) - 2:0 (2:0)