Yığmamızı 6 qolla məğlub edən məşqçi komandamızı təriflədi
27 fevral 2015 16:00
İrlandiyanın 19 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Pol Dulin Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisinə qarşı keçirəcəkləri növbəti yoxlama matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azərbaycan yığmasına yuxarıdan aşağı baxa bilmərik. Bu komanda Avropa çempionatının elit mərhələsinə yüksəlib. Onlar bu yolda Macarıstan və Sloveniyaya qalib gəliblər. Bu komanda bir neçə gün öncə Finlandiya toplanışından bura gəliblər".