Anar Bəkirov: Biz üçüncü yer uğrunda mübarizə aparırıq
"Simurq"un prezidenti Anar Bəkirov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İnter"lə oyun üçün mətbuatda yazıldığı kimi mükafat təyin olunmayıb. Bizdə standart bonus sistemi mövcuddur. Bəzi açıqlamalarda oxumuşam ki, "Simurq" dördüncü yer uğrunda mübarizə aparır. Bu, düzgün deyil. Biz üçüncülük uğrunda mübarizə aparırıq. Bunun üçün gücümüz də var. "İnter"lə oyun öncəsi yaranmış ənənəvi söhbətlərə gəlincə, qoy bu iki klub arasındakı görüşəri diqqətlə izləsinlər. Düzdür, istənilən halda söz-söhbət üçün mövzu tapırlar. Ona görə də ən yaxşısı bu söhbətlərə fikir verməməkdir. Bizi çətin oyun gözləyir. Rəqibimiz turnir cədvəlində ikinci yerdə gedir. Komandamız layiqli futbol göstərib, üç xal qazanmaqdır".