Branimir Subaşiç: Şaxtyorun yığma üzərində qələbəsinə təəccüblənmədim
26 fevral 2015 14:30
Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiç Ukrayna "Şaxtyor"u ilə yoxlama matçını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şaxtyor" çox güclü komandadır. Onların yığmamıza qalib gəlməsinə təəccübləndiyimi deyə bilmərəm. Etiraf edim ki, bütün oyuna baxa bilmədim. Amma yığmanın heyəti ilə maraqlandım. Bəzi oyunçuların heyətdə almasını başa düşmədim. Yəqin ki, gənc oyunçulardır. Bu, Robert Prosineçkinin seçimidir. Düşünürəm ki, rəsmi oyunlarda da həm təcrübəli, həm də gənc futbolçulara şans verilməlidir".