Hüseynov da Qarabağla oyunu buraxa bilər
26 fevral 2015 13:30
Azərbaycan yığmasının Türkiyədə Ukrayna "Şaxtyor"una qarşı keçirdiyi oyun "Qəbələ"nin şərəfini qoruyan Cavid Hüseynov üçün uğursuz alınıb. Azerisport.az xəbər verir ki, o, bu qarşılaşmada zədə alıb.
Hələlik, yarımmüdafiəçinin zədəsinin nə dərəcədə ciddi olduğu bəlli deyil. Bu üzdən də futbolçunu 24-cü tur çərçivəsində "Qarabağ"a qarşı forma geyməsi sual altındadır.
Qeyd edək ki, "Qəbələ" "Qarabağ"la oyunda zədəli olan Rəşad Sadiqovla Ruslan Əmircanovun da xidmətindən yararlana bilməyəcək.