Erat üçün 11 dəqiqə
1 fevral 2015 13:00
Almaniyanın "Fortuna" klubu növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Toğrul Eratın çıxış etdiyi Düsseldorf təmsilçisi "Meppen"lə üz-üzə gəlib.
Qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Erat bu oyunun 79-cu dəqiqəsindən etibarən meydana çıxıb.