Şükürov fərqləndi, Karşıyaka 1 xal qazandı
1 fevral 2015 00:05
Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası - "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Antalyaspor"la qarşılaşıb. Matç 2:2 hesabıyla başa çatıb. Start heyətdə meydana çıxan Mahir 90 dəqiqə oynayıb. Millimizin müdafiəçisi 53-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.
Qeyd edək ki, "Karşıyaka" hazırda 26 xalla 7-ci pillədə qərarlaşıb.