Elnur Allahverdiyev Türkiyə klubuna keçə bilər
29 yanvar 2015 20:10
Azərbaycan yığmasının müdafiəçisi Elnur Allahverdiyev karyerasını Türkiyədə davam etdirə bilər. Azerispot.az xəbər verir ki, mövsümə "Qəbələ"də başlayan, ardından "Neftçi"də çıxış edən, amma qışda bu komanda ilə də yollarını ayıran futbolçuya yerli klublardan maraq göstərən yoxdur.
Bu üzdən də Allahverdiyevin Türkiyədə oynaması ehtimalı daha çoxdur. Futbolçunun menecerlərindən birinin saytımıza verdiyi xəbərə görə, onunla PTT 1-ci liqa klubları maraqlanır. Elnur özü isə seçim etməyə tələsmir. Əgər Allahverdiyev yaxın dörd gün ərzində Türkiyədən gələn təklifləri dəyərləndirməsə, böyük ehtimalla, mövsümün sonunadək klubsuz qalacaq. Çünki qardaş ölkədə transfer pəncərəsinin bağlanmasına məhz 4 gün qalıb.