Rasim Ramaldanov məşqlərə başladı
29 yanvar 2015 14:50
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov zədəsini sağaldıb. Azerisport.az xəbər verir ki, artıq o, komanda ilə birgə ilk məşqə də çıxıb.
Qeyd edək ki, Ramaldanov məhz zədəsi səbəbindən cənubluların Türkiyə toplanışında iştirak edə bilməmişdi.
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 19-cu turunda "Simurq"la qarşılaşacaq. Amma Rasimin sabiq klubuna qarşı forma geyinməsi sual altındadır.