İlqar Qurbanov: Liderliyi qorumaq üçün az səhv buraxıb, maksimum çalışmalıyıq
"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ"ın tədricən özünə gəldiyini demək olar?
- Hələ bu barədə danışmağa tezdir. Çempionatın startına bir neçə gün qalır. Bu müddət ərzində ideal formaya düşmək çətindir. Amma biz əlimizdən gələni edirik.
- Toplanış zamanı komandanızla bağlı müxtəlif xəbərlər yayıldı. Muarem Muaremin "Əskişəhərspor"a, Leroy Corcun "Sivasspor"a keçəcəyi bildirilirdi. Bu xəbərlər komandaya psixoloji cəhətdən necə təsir etdi?
- Heç bir problem yaranmadı. Hər futbolçuya belə təkliflər gələ bilər. O, bu təklifi qəbul edə bilər, qəbul etməyə də. Normal haldır.
- "Qarabağ"a liderliyini saxlamaq üçün nə etmək lazımdır?
- Minimum səhvə yol verməliyik. Hər bir futbolçunun da öz üzərində çalışması, artırması lazımdır.
- Reynaldo əvvəlki formasına qayıdıb?
- Bəli, o, çox yaxşı məşq edir. Çumbinyo da özünə gəlir. Allah eləsin ki, bütün zədəli futbolçularımız mümkün qədər tez toparlansın.
- Sizə başqa komandalardan təklif yoxdur?
- Xeyr. Mən "Qarabağ"da oynayıram və burada olduğuma görə xoşbəxtəm.
- Komandanızın toplanışa inamsız başlaması nə ilə bağlıydı?
- Biz toplanışa yenicə başlamışdıq. İstirahətdən sonra bu, normaldır. Artıq hər şey yaxşıya doğru dəyişməkdədir.