AFFA Juka dəvət göndərdi
27 yanvar 2015 15:00
Tanınmış belaruslu arbitr Vadim Juk AFFA tərəfindən rəsmi dəvət alıb. Azerisport.az xəbər verir ki, o, bu ayın sonunda Bakıya təşrif buyuracaq.
Juk azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş tədbirdə iştirak edəcək. Mərhum referimizin ad günü münasibətilə təşkil olunacaq mərasim yanvarın 29-da keçiriləcək.