Elvin Yunuszadə: Neftçi tam hazırdır
27 yanvar 2015 00:50
"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə komandasının hazırlığını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Antalya toplanışı çox yaxşı keçdi. İlk növbədə, toplanışda əla atmosfer var idi. Üstəlik, komandada hər mövqe üzrə rəqabət var. Gənc futbolçuların özlərini yaxşı tərəfdən göstərməsi daha çox sevindirir. Fikrimcə, komandamız mövsümün qalan dövrünə tam hazırdır. Bunu həm fiziki, həm də motivasiya baxımından hazırlığa aid etmək olar".