Qarabağ Legiyaya qalib gəldi
27 yanvar 2015 17:55
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Polşa təmsilçisi "Legiya" ilə münasibətlərinə aydınlıq gətirib.
Oyun Ağdam klubunun inamlı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Qarabağ" bundan öncəki yoxlama oyunlarında Xorvatiya "Split"i (1:3), İsveçrə "Sürix"i (1:1) və Bolqarıstan "Levski"si (0:3) ilə qarşılaşmışdı.
Yoxlama oyunu
27 yanvar
"Qarabağ" - "Legiya" - 2:0 (0:0)
Qollar: Reynaldo, 67 (1:0). Cavid Tağıyev, 82 (2:0).
"Qarabağ"ın start heyəti: İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Muarem Muarem, Reynaldo, Rəşad Sadıqov, Vüqar Nadirov, Riçard Almeyda, Ansi Aqolli, Leroy Corc, Bədavi Hüseynov.