Cavadov bu gün Bolusporda ilk oyununa çıxa bilər
27 yanvar 2015 00:30
Türkiyənin "Boluspor" klubu yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovu sıralarına qatan bu komanda bu gün ikitərəfli oyun keçirməyə qərar verib.
"Qırmızı şimşəklər" növbəti tura hazırlıq məqsədi ilə əvəzedici komanda ilə üz-üzə gələcək. Görüş yerli vaxtla saat 14:00-da başlayacaq. Bu qarşılaşmada Cavadovun da çıxış etməsi gözlənilir.
Qeyd edək ki, Bolu təmsilçisi iki gün öncə PTT 1-ci Liqanın 17-ci turu çərçivəsində "Orduspor"u 3:1 hesabı ilə məğlub edib. Amma Vaqif həmin qarşılaşmanın iştirakçısı olmayıb.