Millimizin sabiq müdafiəçisi Rəvana keçir
27 yanvar 2015 00:00
Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu karyerasını birinci divizionda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, onun xidmətində "Rəvan" maraqlıdır.
Hazırda tərəflər arasında danışıqlar davam edir. Saşanın paytaxt klubuna keçməsi ehtimalı yüksək qiymətləndirilir. Yaxın günlərdə müqavilə bağlanması və Yunisoğlunun məşqlərə başlaması gözlənilir.