Atletiko Bakıdan cavab gözləyir
26 yanvar 2015 19:00
"Bakı" klubu İspaniyanın "Atletiko" komandasıyla əməkdaşlığı davam etdirmək istəyini martın sonlarına qədər rəsmi şəkildə bildirməlidir. Azerisport.az xəbər verir ki, "Atletiko" rəsmiləri "Bakı" klubundan əməkdaşıqla bağlı gələcək planlarını açıqlamağı xahiş edib.
Bundan sonra Madrid təmsilçisi yeni mövsüm üçün sponsorlarla danışıqlara başlayacaq.
Qeyd edək ki, "Bakı" ilə "Atletiko" arasında qüvvədə olan müqavilə mayın sonu başa çatır. Razılaşmaya əsasən, "Atletiko" meydana üzərində "Land Of Fire. Azerbaijan" yazılan formalarda çıxır.