Prosineçki Qarabağın üç oyunçusu ilə görüşdü
21 yanvar 2015 16:10
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın düşərgəsinə baş çəkib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis Ağdam klubunun üç oyunçusu ilə görüşüb.
Bunlar Qara Qarayev, Namiq Ələsgərov və Vüqar Nadirov olub.
Xatırladaq ki, Prosineçki bir neçə gün öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və komandanın kapitanı Rəşad Sadıqovla da görüş keçirmişdi.