Vaqif Sadıqov: Klublarda daha böyük işlər görülməlidir
22 dekabr 2014 15:20
AFFA məşqçilər komitəsinin rəhbəri Vaqif Sadıqov bu gün klublar komitəsinin üzvləri ilə keçirdikləri görüşdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Konkret hansısa qərarlar qəbul olunmadı. Görülmüş işləri, problemləri müzakirə etdik. Belə deyək, onlar öz işləri barədə hesabat verdilər, biz də öz növbəmizdə fikrimizi bildirdik. Qərara gəldik ki, ən azı ayda bir dəfə görüşək. Bizim bu görüşlərimiz klublar komitəsinin iclasından öncəyə təsadüf edəcək. Məşqçilər komitəsi belə hesab edir ki, klublarda daha böyük işlərin görülməsinə ehtiyac var".