İbrahim Uzunca: Hesab belə olmamalı idi
22 dekabr 2014 14:20
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "Simurq"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 2:5 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Erkən qol vurmağımıza baxmayaraq, az sonra qapımızdan qol buraxdıq. Məğlubiyyət üzücüdür. Hesab belə olmamalı idi. Nə etmək olar? Futbolçularımız gəncdir. Biz onları növbəti mövsümlər üçün hazırlayırıq”.