Hannoverin futbolçusu milli komandamızın toplanışına qatılmayacaq
22 dekabr 2014 12:50
Dekabrın 24-dən 31-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Almaniyanın "Hannover" klubunun futbolçusu Benhur Kaman bu toplanışa qatılmayacaq.
Onun əvəzinə toplanışa “Neftçi” klubundan Emil Həsənzadə dəvət olunub.