Çesnauski Azərbaycanda çıxış edə bilər
21 dekabr 2014 13:00
Rusiyanın "Rostov" klubunun və Litva yığmasının yarımmüdafiəçisi Edqar Çesnauski karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, futbolçunun meneceri hazırda ona yeni iş yeri axtarmaqdadır.
Qazaxıstan mətbuatının yaydığı məlumata görə, Çesnauski karyerasını Qazaxıstan, Azərbaycan, Polşa və Birləşmiş Ərəb Əmirliklərində davam etdirə bilər.