Elxan Abdullayev: AFFA və Prosineçkinin etimadını sözlə yox, işimlə doğrultmağa çalışacağam
20 dekabr 2014 00:10
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin köməkçisi təyin olunmuş Elxan Abdullayev bununla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA-dan mənə zəng etdilər və bildirdilər ki, Prosineçki köməkçilərindən biri kimi məni də seçib. Əvvəlki iki təyinatımda olduğu kimi, bu dəfə də çox sevindim. Gizlətmirəm ki, yığmada çalışmaq üçün böyük istəyim var idi. Əminəm ki, hər bir azərbaycanlı mütəxəssisin eyni istəyi var. Prosineçkiyə minnətdaram. Şübhəsiz ki, AFFA da bu təyinatla mənə etimad göstərib. Çalışacağam ki, bu etimadı sözdə yox, işimlə doğruldum, bu vəzifəyə layiq olduğumu göstərim".