Kamran Quliyev: Hakimdən təyin etdiyi penaltinin səbəbini soruşdum
"Sumqayıt"ın prezidenti Kamran Quliyev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş "Qəbələ" ilə oyundan (1:1) sonra meydana çıxmasının səbəbini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Azarkeşlər oyunun sonlarından narazı qalmağa başlamışdılar. Bunun da məlum səbəbləri vardı. Mən də meydana çıxdım ki, vəziyyəti nəzarət altına alım. Hansısa xoşagəlməz hadisənin baş verməsinə imkan vermək istəmirdim. Hakim təyin etdiyi penaltiyə görə azarkeşlər tərəfindən tənqid olunmağa başlamışdı. Amma mən heç də hakimlə münasibətlərimə aydınlıq gətirmək üçün ora getməmişdim. Sadəcə, penaltini verməsinin səbəbini soruşdum. Çünki qərardan narazı idim. Rəhim Həsənovla söhbətimiz oldu. Lakin emosiyalarıma imkan vermədim".