Rəşad Sadıqov: Zədəlilərimiz sırayan dönəndən sonra bizdə hər şey yaxşı olacaq
19 dekabr 2014 01:05
"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilmiş "Xəzər Lənkəran"la oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, 3:2 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:
"Yəqin ki, stadiona gələn azarkeşlər belə bir oyun izlədiklərinə görə, peşman olmadılar. Oyun qrafikimiz çox gərgindir. Bu da komandamıza məlum problemlər yaradır. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq. Xüsusilə də zədəli futbolçularımız sıraya dönəndən sonra ciddi problemimiz olmamalıdır".