Aqil Məmmədov: Heç-heçəni qələbəmiz kimi görürəm
18 dekabr 2014 17:30
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər. Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, “Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, 2 xal itirdik”.