Mehdiyev Türkiyə klubuna kubok matçında da lazım olmadı
18 dekabr 2014 00:30
Futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsində ikinci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Mehdiyevin çıxış etdiyi "Girəsunspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Cizrəspor"u qəbul edib. Oyun meydan sahiblərinin 1:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Ayazın adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Girəsunspor" kubokda keçirdiyi əvvəlki oyunda qalib gəlmişdi.