Tuyqun Nadirov: Müzakirə edəcəyimiz bütün məsələləri indidən açıqlaya bilmərəm
18 dekabr 2014 00:25
"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov AFFA Klublar Komitəsinin gələn həftə baş tutacaq növbəti iclası barədə məlumat verib. Azerisport.az xəbər verir ki, sözügedən görüşün əvvəlcə dekabrın 23-də baş tutacağı bildirilirdi.
Lakin həmin gün ölkəmizdə bələdiyyə seçkiləri baş tutacağına görə, görüşün ayın 22-də "Four Seasons"da keçirilməsi nəzərdə tutulub.
"Klublara təklif olunan 6-7 məsələ müzakirə ediləcək. Qarşıda qış transfer pəncərəsi var. Müzakirəyə çıxarılacaq bütün məsələləri açıqlaya bilmərəm. Çünki onlar müəyyən vaxta qədər ictimaiyyətə açıqlanmayacaq. Biz sadəcə, orada qəbul olunan qərarları açıqlayacağıq. Bütün klublar həmin toplantıda təmsil olunacaq. Vaxt və yer öncədən hamıya bildirilib".