Subaşiçsiz Manisaspor qalib gəldi
17 dekabr 2014 18:45
Futbol üzrə Türkiyə Kubokunun qrup mərhələsində ikinci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Keçiörengücü"nü qəbul edib. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Subaşiçin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Manisaspor" kubokda keçirdiyi əvvəlki oyunda da uduzmuşdu.