Azad Rəhimov: Qarabağın təmiz qolunun sayılmaması üzücüdür
17 dekabr 2014 00:35
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov "Qarabağ"ın Avropa Liqasındakı çıxışından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" adını daşıyan bir klubumuzun avrokuboklardakı uğurlu çıxışına çox sevindik. Amma komandamızın təmiz qolunun sayılmamasına, növbəti mərhələyə adlaya bilməməsinə üzülürük. İstənilən halda mövsümü klubumuz üçün uğurlu saymaq olar".