Konoplyanka: Qarabağın qol vurduğunu eşidəndə gözlərim yaşardı
16 dekabr 2014 00:10
Ukraynanın "Dnepr" klubunun lideri Yevgeni Konoplyanka Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanmalarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Öncə Azərbaycandakı oyunun necə başa çatdığından xəbərimiz yox idi. Sonradan xəbər gəldi ki, "Qarabağ" "İnter"ə qol vurdu. Bunu eşidən kimi dərhal göz yaşlarım axmağa başladı. Amma sonradan qolun sayılmadığını xəbər verdilər. Həmin an mən sanki Çempionlar Liqasını qazanmışdım".