Prosineçki: Qarabağın 55 nömrəsi daha çox xoşuma gəldi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçi postuna namizəd olan Robert Prosineçkinin azerisport.az saytına müsahibəsi
- "Sent-Etyen" - "Qarabağ" oyunu barədə nə deyə bilərsiz?
- Nəticə çox yaxşıdı. Fransaya gəlmək, buradan 1 xalla qayıtmaq elə də asan deyil. Komanda yaxşı futbol sərgilədi. Yaxşı mübarizə apardılar. Gördüklərim məni təəccübləndirdi. "Qarabağ"ın futbolçularını bu uğurlu nəticə münasibətilə təbrik edirəm.
- Ağdamlılar sizi daha çox nə ilə təsccübləndirdi?
- Komanda müdafiəyəmeylli futbol üslubuna üstünlük vermişdi. Əks-hücumlar etməyə cəhd göstərirdilər. Fikrimcə, bu, pis alınmırdı.
- Azərbaycan yığmasına namizəd olan futbolçular haqda nə deyə bilərsiz?
- Razıyam. 55 nömrənin (Bədavi Hüseynovu nəzərdə tutur - red) oyunu xoşuma gəldi. Mənim üçün kifayət qədər faydalı oyun oldu. Material var, işləmək lazımdı.
- Qurban Qurbanovla görüşmüsüz?
- Hələ belə bir imkanım olmayıb.
- "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- Qarşıda Milan "İnter"i ilə oyun var. Həmin oyun həlledici olacaq. Qrupdan çıxmaq üçün qələbə qazanmaq lazımdı.
- Növbəti planlarınız nədən ibarətdi?
- Azərbaycan çempionatının oyunlarını izləməyə davam edəcəm.
- AFFA ilə danışıqlarınız hansı səviyyədədi?
- İki gündən sonra hər şeyə aydınlıq gələcək. Hər şey normaldı.
- Xorvatiya mətbuatı artıq sizin nə vaxt müqavilə bağlayacağınızı, nə qədər qazanacağınızı yazıb...
- Gəlin müqavilə barədə danışmağa tələsməyək.