"Reynaldo, Çumbinyo və Dias çətin ki, İnterə qarşı oynaya bilsin"
28 noyabr 2014 02:50
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bəyan edib ki, komandasının zədəli futbolçuları - Reynaldo, Çumbinyo və Danilo Diasın Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki Milan "İnter"i ilə son oyunda da iştirak etməsi mümkünsüz görünür. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Zədəli futbolçularımızın durumu hələ ki, yaxşı deyil. Onlar çətin ki, "İnter"ə qarşı oynaya bilsinlər. Seçim imkanı azalanda məşqçinin işi daha da artır".