İnterin müdafiəçisi sıraya döndü, hücumçusu fərdi məşq edir
25 noyabr 2014 18:25
"İnter"in zədəli futbolçusu Matiya Şpiçiç məşqləri bərpa edib. Azerisport.az xəbər verir ki, xorvatiyalı müdafiəçi bu gün komanda ilə birgə məşq edib.
Komandanın gürcü hücumçusu Baçana Sxadadze isə hələ də fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, "İnter" 14-cü turda "Bakı" ilə qarşılaşacaq. Oyun noyabrın 29-da keçiriləcək.