Böyükağa Hacıyev: AFFA-dakı görüş səmərəli oldu
25 noyabr 2014 17:50
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev AFFA-da məşqçilərlə keçirilən görüşdən danışıb. Məşqçi azerisport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədovun yığmanın gələcəkdə inkişaf strategiyasından söhbət açdığını bildirib:
"Milliyə təyinat hələ olmayıb. Azarkeşlər səbrsizliklə yeni məşqçinin adını gözləyir. Lakin biz daha çox yığmanın gələcəyi və biz məşqçilərin bu işdə rolu barədə müzakirə apardıq. Görüş səmərəli oldu, sadəcə nəticə barədə danışmaq bir qədər tezdir. Yəqin, görüşlərimiz mütəmadi xarakter daşıyacaq".