Muarem AZAL-ı tənqid etdi
25 noyabr 2014 00:25
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşdıqları AZAL-la oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 2:1 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
"AZAL bütün oyunu müdafiə olundu. Hətta biz hesabda öndə olarkən də eləydi. 1:2 və 1:3 hesabıyla uduzmağın nə fərqi var ki? İrəli gedin, hücum edin. Şadam ki, qələbə qazandıq. Amma buna çətinliklə qalib gəldik".