Elnur Allahverdiyev: Bu hakimlərə orda kim rəhbərlik edir axı?
25 noyabr 2014 00:15
"Neftçi"nin müdafiəçisi Elnur Allahverdiyev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, oyun deyildi, sadəcə, hakimlərin şousu idi. Bu hakimlərə orda kim rəhbərlik edir axı? Hamı onun necə oyun idarə etdiyini gördü. Mənə ikinci sarı vərəqəni göstərəndə heç onun səbəbini də bilmədim. Şokda idim".